“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi Azərbaycan Respublikasinin Qeyri-hökumət Təşkilatlarina Dövlət dəstəyi Agentliyinin dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması” layihəsinə start verib.
Layihə çərçivəsində ekoturizmin təbliği və bölgələrdə ekoturizimin inkişafında bələdiyyələrin rolunun artırılması istiqamətdə Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri ilə görüşlər keçiriləcək. Bu rayonların bələdiyyələri ilə turizim şirkətlərinin görüşlər təşkil ediləcək və rayon bələdiyyələri ərazisində ekoturizim yerləri haqqında məlumat xarakterli lövhələr yerləşdiriləcəkdir.
Layihənin məqsədi ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması istiqamətdə Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri ilə görüşlər keçirmək və turizim şirkətləri ilə bələdiyyələrin görüşünü təşkil etməklə bu istiqamətdə bələdiyyələrin öz işlərini daha da səmərəli qurmasına nail olmaq, ictimai yerlərdə rayonun ekoturistik yerləri haqqında maarifləndirici lövhələr yerləşdirməklə gələn turistləri rayon haqqında maarifləndirmək, ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılmasına nail olmaqdır.
Layihədə QHT-nin qarşıya qoyduğu vəzifələr sırasına: ekoturizmin təbliğində bələdiyyələrin rolunun artırılması istiqamətdə Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri ilə treninqlər keçirmək, ekoturizmin inkişafı məqsədi ilə Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri ilə turizim şirkətlərinin görüşünü təşkil etmək, ekoturizmin inkişafı məqsədi ilə Quba, Qusar, Astara və Lerik rayon bələdiyyələri ərazilərində məlumat lövhələr yerləşdirməkdır.
əlavə edək ki, layihə Quba, Qusar, Astara və Lerik rayonlarında icra ediləcək. Layihənin bu ərazidə icra olunmasının səbəbi bu rayonların ekoturizim üçün əlverişli olmasıdır.
Layihə dörd ay müddətində icra olunacaq.